"İşğalçıların torpaqlarımızdan çıxması barədə təqvim verilməsə, biz sona qədər davam edəcəyik"

"İşğalçıların torpaqlarımızdan çıxması barədə təqvim verilməsə, biz sona qədər davam edəcəyik"
SİYASƏT
19:54 15.10.2020
1021
Biz irəliləyəcəyik. Bir də ki, onlar gərək atəşkəsə riayət etsinlər. Çünki onlar atəşkəsi pozdular. Günorta saat 12-dən atəşkəs elan edildi. Biz bütün hərbi birləşmələrimizə çox ciddi əmr verdik ki, atəşkəsə riayət edin, dayandırın. Halbuki bunu etmək o qədər də asan deyil.
 
AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bunu Türkiyənin NTV kanalına müsahibəsində atəşkəs rejimi ilə bağlı vəziyyətdən danışarkən deyib.

"Biz saat 12-də dayandıq, amma onlar dayanmadı. Ondan sonra təqribən bir saat ərzində biz yenə də özümüzü müdafiə etmək üçün hərəkətə keçdik və yenə də bir neçə kəndi azad etdik. Ona görə Ermənistan nəhayət anlamalıdır ki, bu yolla o heç nəyə nail olmayacaq. Yalnız atəşkəsə onlar əməl etməlidirlər. Hesab edirəm Ermənistan rəhbərliyi bu məsələ ilə bağlı yeni bir açıqlama verməlidir ki, onlar atəşkəsə sadiqdir və buna əməl edirlər. O zaman biz də dayanaq. Amma əlbəttə proses daha illər boyunca davam edə bilməz. Ondan sonra bizə təqvim verilməlidir. Biz Moskva görüşlərində təqvim üçün o qədər də israr etmədik. Çünki bir gün ərzində bunu razılaşdırmaq çətin bir işdir. Biz bunu anlayırıq. Ancaq sülh prosesi başlanan kimi gündəlikdə duran ilk məsələ təqvim məsələsidir. Tarixlər verilməlidir. Hansı tarixlərdə qalan torpaqlardan erməni silahlı qüvvələri çıxır və biz bu torpaqlara giririk. Əks təqdirdə, biz davam edəcəyik, dediyim kimi, sona qədər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
08:06 12.10.2026
Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyada təcili iclas keçirilib
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
07:54 12.10.2026
Tramp Ağ Evin yeni mətbuat katibinin ilk brifinqinin tarixini açıqlayıb
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
07:43 12.10.2026
Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
07:28 12.10.2026
İlon Mask ABŞ ilə Rusiyanı birləşdirə bilər
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
07:10 12.10.2026
Ukrayna zərbələri davam etdirməlidir - Kelloq
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”