'İşğaldan azad olunmuş ərazilərdə 220 kv. km sahə minalardan təmizlənib'

Bütün Xəbərlər
11:07 25.01.2013
1522

APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov deyib. 

Onun sözlərinə görə, o ərazilərdə bu gün qəsəbələr tikilib, Füzuli, Ağdam, Goranboy, İmişlidə on minlərlə qaçqın və məcbur köçkün o ərazilərdə yaşayır və işləyir: “Təkcə Füzuli rayonunun Zobucuq qəsəbəsində 12 min nəfər yaşayır. 2016-cı ilə qədər bu əraziləri minalardan tamamilə təmizləməliyik. Azərbaycanın işğal olunmuş əraziləri azad olunduqdan sonra bu işləri orada da davam edəcəyik. Mina təmizlənmə işlərində bu gün 600-ə qədər insan işləyir və onlar lazımi avadanlıq ilə təchiz olunublar”.

N. İsmayılov həmçinin ANAMA-nın bu il ilə bağlı planlarından danışıb: “Biz Türkiyə şirkətlərinin sifarişi əsasında iki ildir Suriya sərhədində mina təmizləmə işləri aparırıq. İndi biz böyük tenderdə iştirak edirik. Tenderə 20-yə qədər şirkət qatılıb və onlardan 11-i qalıb və ANAMA da onların sırasındadır. Martda tenderin nəticələri elan olunacaq və ümid edirik ki, ANAMA orada qalib olacaq. Ümumiyyətlə harada belə bir tədbir olsa, biz orada iştirak edəcəyik. Əfqanıstanda da işləməyə imkanlar var və orada da işləyəcəyik”. 

OXŞAR XƏBƏRLƏR