İşçi Qrupunun sabah toplantısı keçiriləcək

İşçi Qrupunun sabah toplantısı keçiriləcək
Bütün Xəbərlər
12:00 11.11.2014
529
Əfvlə bağlı müraciət ediləcək
AZXEBER.com-a daxil olan məlumata görə, sabah parlamentdə İşçi Qrupun toplantısı keçiriləcək. Bir müddət əvvəl fəaliyyəti bərpa edilən İşçi Qrupun toplantısında xəstə məhbusların səhhətindəki problemlər, bu şəxslərin barəsində seçilmiş həbs-qəti imkan tədbirlərinin dəyişdirilməsi məsələləri və quruma daxil olan digər müraciətlərlə bağlı müzakirələr aparılacaq.
Məlumatda o da bildirilir ki, İşçi Qrup yaxın zamanlarda bəzi məhbusların əfv olunması ilə bağlı Əfv Komissiyasına məlumatla müraciət edəcək. Bu şəxslərin sırasında əvf olunması üçün müraciət etmiş məhkumların, xəstə məhbusların və cəzasının üçdə ikisini çəkmiş şəxslərin adları yer alacaq.
Azxeber.com
OXŞAR XƏBƏRLƏR