İşçisini zorladığı iddia edilən baş redaktorun yanan qalıqlarının görüntusu yayıldı - VİDEO

İşçisini zorladığı iddia edilən baş redaktorun yanan qalıqlarının görüntusu yayıldı -  VİDEO
Bütün Xəbərlər
12:43 29.04.2014
1151
Sadiq Soltanovun yanmış meyitinin qalıqları əməliyyatçılar tərəfindən aşkarlanıb
İşçisini zorladığı iddia edilən “Mizan Tərəzi” qəzetinin baş redaktorunun istintaq videosu yayılıb.
ANS PRESS-in verdiyi məlumata görə, mobil telefona çəkilmiş kadrlarda “Mizan Tərəzi” qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyitinin qalıqları əməliyyatçılar tərəfindən aşkarlanıb.
Kadrlardan belə bəlli olur ki, Sadiq Soltanov yandırıldıqdan sonra basdırılıb. Ehtimala görə, baş redaktorun meyidi yandırıldıqdan sonra tikilinin altında qalıb.
Kadrlardan görünür ki, redaktorun yanmış meyidinin qalıqları yerdən qazılaraq götürülür.
S.Soltanovun qəsdən öldürülməsində şübhələr üçün əsaslar olduğundan həmin faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
OXŞAR XƏBƏRLƏR