İşdən çıxarılan aparıcılarla bağlı əmrlər MTRŞ-yə göndərildi

İşdən çıxarılan aparıcılarla bağlı əmrlər MTRŞ-yə göndərildi
Bütün Xəbərlər
13:50 06.07.2015
2076
"Space" telekanalının rəhbəri Vaqif Mustafayev telekanalda yayımlanan "Günaydın" və "Əsl şou" verilişlərində baş verən qalmaqallarla bağlı görülən tənbeh tədbirləri - əmrlərin surətini Milli Televiziya və Radio Şurasına (MTRŞ) göndərib.
AZXEBER.COM  xəbər verir ki, bunu publika.az-a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.
Kanal rəhbərliyinin olayla bağlı bütün sənədləri təqdim etdiyini deyən T. Məmmədovun sözlərinə görə, hər iki verilişin aparıcısı efirdən kənarlaşdırılıb:
"Bizə göndərilən əmrlərin surətlərində göstərilir ki, "Günaydın" və "Əsl şou" verilişlərinin aparıcıları efirdən kənarlaşdırılıblar. Hər iki verilişdə efirə məsul şəxslər ciddi cəzalandırılıb və verilişləri hazırlayan prodakşnlara xəbərdarlıq edilib".
T. Məmmədovun sözlərinə görə, yaxın günlərdə bu sənədlər mətbuata açıqlanacaq.
Qeyd edək ki, "Space"in efirində yayımlanan "Günaydın" və "Əsl şou" verilişlərində efirə uyğun olmayan qeyri-etik ifadələr işlədilib.
OXŞAR XƏBƏRLƏR