İşdən çıxarılan TƏBİB sədrini kim əvəz edir?

İşdən çıxarılan TƏBİB sədrini kim əvəz edir?
SOSİAL
15:11 16.02.2026
766
Xəbər verdiyimiz kimi, bu gün TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.
 
AZXEBER.COM xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

TƏBİB-in sədri sılahiyyətlərini icra edən Anar İsrafilovun dosyesini təqdim edirik:

Azərbaycan Tibb Universitetində Pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb.

Hazırda Azərbaycan Tibb Universitetində Nefrologiya ixtisası üzrə doktorantura təhsilini davam etdirir.

Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib.

2006-2022-ci illər ərzində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.


OXŞAR XƏBƏRLƏR