İşə qəbul olunmaq istəyən müəllimlər üçün son şans

İşə qəbul olunmaq istəyən müəllimlər üçün son şans
Bütün Xəbərlər
10:30 15.07.2013
1463

Bu gün 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə işə qəbul olmaq istəyən müəllimlərin sənəd qəbulu başa çatır.

APA-nın xəbərinə görə, "Müəllimlərin işə qəbulu üzrə müsabiqə" səhifəsinə daxil olmaqla elektron ərizələrin qəbulu iyulun 1-dən başlayıb və bu gün 18:00-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqəyə iyulun 1-dən başlanıb və bu proses iyulun 15-dək davam edəcək. Ümumilikdə ölkənin ümumtəhsil məktəblərində vakant yerlərin sayı 3286-dır. Onlardan 493-ü Bakı şəhərində, 2793-ü isə respublikanın digər şəhər və rayonlarındadır. Həmin vakansiyalardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrədir.

OXŞAR XƏBƏRLƏR