İŞİD-ə müharibə elan edən 4 azərbaycanlı tutuldu– VİDEO

İŞİD-ə müharibə elan edən 4 azərbaycanlı tutuldu– VİDEO
Bütün Xəbərlər
12:17 22.12.2014
1517
Həmvətənlərimiz edam oluna bilərlər.
“İslam Dövləti” (İŞİD) üzvləri Terror təşkilatının Suriyanın ər-Riqqa əyaləti ərazisində fəaliyyət göstərən, böyük ehtimalla, azərbaycanlı olan dörd üzvünü silahlı üsyana cəhd etmək, qaçmaq, Təşkilat üzvlərini qətlə yetirmək, lider Əbu Bəkr əl-Bağdadinin ünvanına ittihamlar səsləndirməkdə təqsirləndiriblər.
AZXEBER.COM-un məlumatına görə, bu barədə SalamNews İŞİD üzvlərinin “Twitter” səhifələrinə istinadla xəbər verir. İŞİD-in yaydığı videoda azərbaycanlılar dinləndirilir. Videoyazıda "Əbuzər", "Əbu Məryəm", "Əbu Yaqub" ləqəbli şəxslər, eləcə də "Ömər" ləqəbli Elvirin etirafları eşidilir.
İŞİD videomüraciətin sonunda edamla bağlı Qurandan bir ayəni sitat gətirir. Bu da adıçəkilən azərbaycanlıların təşkilat tərəfindən edam ediləcəkləri barədə ehtimalları artırır.
OXŞAR XƏBƏRLƏR