"İraq–Şam İslam Dövləti" vəhhabi terror qruplaşmasının İŞİD) üzvləri əllərində baltalarla məzarları dağıdıblar.
Üstəlik o məzarlardan birinin də Hz. Yunus peyğəmbərə (ə) aid olduğunu iddia ediblər.
AZXEBER.COM xəbər verir ki, İŞİD-in yaydığı həmin video-görüntü Mosulun yanındakı Ninova şəhərində bir məzarlıqda çəkilib. Görüntülərdə məzarlıqların alt-üst edilməsi lentə alınıb.
Məzarlardan birinin müsəlman və xristinalar üçün müqəddəs sayılan Yunus Peyğəmbərə aid olduğu iddiası ortalığı qarışdırıb.
İŞİD militanlarının bu etdiklərinin səbəbi isə müsəlmanlar üçün müqəddəs sayılan və dua edilən bu məzarların İslamiyyətə zidd olduğu düşüncəsində olmalarıdır.