İŞİD xakerləri Azərbaycan bankının saytına hücum etdilər –FOTO

İŞİD xakerləri Azərbaycan bankının saytına hücum etdilər –FOTO
Bütün Xəbərlər
10:24 11.09.2015
1619
Üsamə bin Ladenin təsviri yerləşdirildi.
Hazırda Əmrahbank-ın saytlarına giriş qismən bərpa olunub – daha başqa səhifəyə keçid açılmır.
Lakin saytlar hələlik tam şəkildə öz funksionalını bərpa edə bilməyiblər.
Terrorçu İŞİD qruplaşmasının tabeliyində olan xaker qrupları Azərbaycan banklarından birinin saytını dağıdıblar.
Oxu.Az xəbər verir ki, hücuma “Əmrahbank”ın amrahbank.az və amrahbank.com ünvanında yerləşən rəsmi veb-saytları məruz qalıb.
Hazırda sayta daxil olduqdan 1-2 saniyə sonra başqa səhifə açılır və burada terrorçu Üsamə bin Laden və 11 sentyabrda partladılmış qoşa qüllələrin şəkili, digər tərəfdə isə İŞİD-in bayrağı təqdim olunur.
Saytın İslamic cyber army adlanan xaker qrupu tərəfindən sındırıldığı bildirilir.
Öz növbəsində Əmrahbank-dan Oxu.Az-a bildiriblər ki, bank yaranmış vəziyyətdən xəbərdardır və hazırda problemin aradan qaldırılması üzərində iş aparılır.
OXŞAR XƏBƏRLƏR