İşıqpulunu ödəməyən sakin elektriki ölümcül döydü

İşıqpulunu ödəməyən sakin elektriki ölümcül döydü
Bütün Xəbərlər
18:27 23.04.2014
902
Ağcabədidə bir nəfərin ölümcül döyülməsi ilə nəticələnən insident baş verib. 
AZXEBER.COM El TV-yə istinadən xəbər verir ki, Ağcabədi Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşı Ziyəddin Səfər oğlu Əbülhəsənov dəfələrlə edilən xəbərdarlığa rəğmən işıqpulunu ödəməyən Hacıbədəlli kənd sakini Mehman Əmir oğlu Hüseynovun evinə gedən elektrik naqilini akt əsasında kəsib.
Bundan sonra ev sahibi ilə elektrik arasında mübahisə yaranıb. Mehman Hüseynov dəmir linglə Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşını ölümcül döyüb. Ziyəddin Əbülhəsənov Ağcabədi Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR