“İslahatçı Gənclər” Gürcüstanda səfərdə olub - FOTOLAR

GƏNCLİK
12:55 10.06.2022
1500
"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Azxeber.com İnformasiya Portalının baş redaktoru Hacıbəy Heydərli, IDIFA sədri Cavid Zeynalov Gürcüstanda səfərdə olublar. Səfər çərçivəsində Azərbaycan heyəti bir sıra mühüm görüşlər həyata keçirib.

AZXEBER.COM xəbər verir ki, azərbaycanlı gənclər ilk öncə Azərbaycanın Gürcüstandakı səfirliyini ziyarət edib, səfir Faiq Quliyevə Gürcüstanda keçirilən görüşlər və reallaşacaq layihələr haqqında məlumat veriblər.

Gürcüstan Parlamentinin Gənclər və İdman Komitəsinin sədr müavini, hakim "Gürcü Arzusu” partiyasını təmsil edən deputat Givi Mikanadze və Gürcüstan Basketbol Federasiyasının prezidenti, hakim partiyanın deputatı Viktor Sanikidze ilə Azərbaycanla Gürcüstan arasında gənclər siyasəti sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda həyata keçirilən uğurlu dövlət gəncləri siyasətinin modeli haqqında gürcü deputatlara məlumat verib.

"İslahatçı Gənclər” İctimai Birliyinin heyəti daha sonra Gürcüstanın Mədəniyyət, Gənclər və İdman nazirinin müavini Soso Giorgadze ilə görüşərək birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında keçirilməsi mümkün olan layihələr haqqında fikir mübadiləsi aparıblar. Azərbaycan heyəti Gürcüstan tərəfinə ölkəmizdə gənclər siyasəti sahəsində görülən işlərlə bağlı məlumat verib.

Nümayəndə heyəti daha sonra Gürcüstanın tanınmış "Formula” televiziyasını ziyarət edib. Kanalın baş direktor müavini, uzun illər parlamentin deputatı olmuş Giorgi Targamadze ilə keçirilən görüşdə Azərbaycanla Gürcüstan arasında media sahəsində əməkdaşlığın daha da dərinləşməsinin vacibliyinə diqqət çəkilib.

Azərbaycan heyəti daha sonra Gürcüstanda fəaliyyət göstərən "Alyans” Gənclər Mərkəzini ziyarət edərək mərkəzdə görülən işlərlə tanış olublar.

Səfərin yekunu olaraq gələcəkdə Gürcüstanın müvafiq dövlət və qeyri-hökumət təşkilatları ilə birgə layihələrin icrası barədə razılığa gəlinib.
 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb