'İslahatçı Gənclər' Heydər Əliyevin yubileyini Lənkəranda qeyd etdi - FOTOLAR

GƏNCLİK
14:01 07.05.2013
2861

“İslahatçı Gənclər” İctimai Birliyi Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda konfrans keçirib. AZXEBER.COM-un məlumatına görə, konfransdan öncə “İslahatçı Gənclər” İctimai Birliyinin üzvləri və Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsal Nəsirli Ulu Öndərin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, gül dəstələri qoyaraq, ruhuna dualar oxuyub.

Daha sonra konfrans Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun fəal gənclərinin iştirakı ilə davam edib. Konfrans Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə açanLənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal NəsirliUlu Öndərin ölkəmiz qarşısındakı xidmətlərindən söz açaraq, onun xalqına olan bağlılığından danışıb. O, qeyd edib ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda bütün istiqamətlər üzrə sürətli inkişaf başlanıb. Gənclərin Heydər Əliyev irsini öyrənməsinin vacibliyini vurğulayan V.Nəsirli “İslahatçı Gənclər” İctimai Birliyinin təşəbbüsü ilə baş tutan tədbiri yüksək qiymətləndirib.

Daha sonra“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlıbildirib ki, bu gün uğurla davam etdirilən dövlət gənclər siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Onun hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, gənclər siyasəti ilə bağlı qanunvericilik bazası təkmilləşdirilib, Ulu Öndərin iştirakı ilə gənclərin forumları keçirilməyə başlayıb. F.Şahbazlı qeyd edib ki, Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinin mahiyyətində ölkə gəncliyini dövlətçiliyə bağlı, dünyadakı rəqabət mühitinə cavab verəcək səviyyədə intellektual bir qüvvə kimi görmək arzusu dayanır: “Birmənalı şəkildə demək olar ki, artıq bu siyasət öz müsbət nəticələrini verməkdədir”.

Lənkəran Dövlət Universitetinin magistrı Samir Salayev, “İslahatçı Gənclər” İctimai Birliyinin sədr müavini Tural Əliyev, baş katibi Hacıbəy Heydərli, İdarə Heyətinin üzvləri Rauf Gülümcanlı, Cavid Süleymanovvə digər lənkəranlı fəal gənclər çıxış edərək, Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti haqqında danışıblar.

Tədbir “Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda müzakirələrlə davam edib. Müzakirələr əsnasında gənclər bəyan ediblər ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davaçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və qarşıdan gələn seçkilərdə Azərbaycan gəncliyi yenidən öz gələcəyinə – İlham Əliyevə səs verəcək.

OXŞAR XƏBƏRLƏR