“İslahatçı Gənclər” İctimai Birliyində yeni təyinat

GƏNCLİK
17:43 06.08.2014
4970

Bu gün “İslahatçı Gənclər” İctimai Birliyinin(İGİB) İdarə Heyətinin növbəti toplantısı baş tutub. 

Birliyinin mətbuat katibliyinin məlumatına görə, toplantıda birliyin həyata keçirdiyi layihələrin gedişi və nəticələri, eyni zamanda yeni dərs ilində görüləcək işlərin müzakirəsi baş tutub.

İdarə Heyətinin toplantısında bir sıra təşkilati məsələlərə də baxılıb. Birlik sədrinin təşkilati məsələlər üzrə müşaviri vəzifəsinə yeni təyinat məsələsi İdarə heyətinin üzvləri tərəfindən müzakirə olunub. Qəbul olunan qərara əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin Menecment ixtisasının III kurs tələbəsi, fəal gənc Cavid Süleymanlı İGİB sədrinin təşkilati məsələlər üzrə müşaviri təyin edilib.

İdarə Heyətinin üzvləri qarşısında çıxış edən C.Süleymanlı ona göstərilən etimada görə təşəkkür edib, bundan sonra təşkilatın fəaliyyətinin daha da güclənməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.

OXŞAR XƏBƏRLƏR