"İslahatçı Gənclər" "İlham Əliyev və Azərbaycan gəncliyi" yazı müsabiqəsinə yekun vurdu

GƏNCLİK
14:49 24.12.2011
2316

Odlar Yurdu Universitetinin “İslahatçı Gənclər” İctimai Birliyi ilə birgə tələbələr arasında keçirdiyi “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda yazı müsabiqəsinə yekun vurulub. Bu gün Odlar Yurdu Universitetinin konfrans zalında müsabiqənin nəticələri elan edilib.Mərasimdə millət vəkilləri Elton Məmmədov, Jalə Əliyeva, Adil Əliyev, İqbal Məmmədov, Kamilə Əliyeva, Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Azərbaycan Pedoqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya təşkilatının (AGAT) sədri Gülsel Səfərova, “Odlar Yurdu” Universitetinin profesor-müəllim-tələbə heyəti və digər qonaqlar iştirak edib.Tədbiri giriş sözü ilə açan “Odlar Yurdu” Universitetinin rektoru, millət vəkili, professor Əhməd Vəliyev bildirdi ki, gənclərin İlham Əliyevə olan qayğısı təsadüfi deyil: “Prezident hakimiyyətə gəldiyi ilk dövrlərdə açıq şəkildə bəyan etdi ki, gənclər onun dostudur, o, gənclərə arxalanır, gənclər də ona bel bağlaya bilərlər. Bu ölkə başçısı tərəfindən gənclərə verilən ən böyük qiymət və dəstəyin təzahürü idi. Cənab Prezidentin hakimiyyətdə olduğu illər ərzində gənclərin inkişafı istiqamətində çox ciddi addımlar atılıb. Yüzminlərlə yeni iş yerləri açılıb ki, əksəriyyətində də gənclər yer alıb. Eyni zamanda “Azərbaycan gəncliyi-2011-2015-ci illərdə” dövlət proqramı qəbul edilib. Bu proqramda Azərbaycan gəncliyinin inkişaf istiqamətləri, qarşıya qoyulan hədəflər aydın göstərilib. Cənab Prezidentimiz də həmişə insan kapitalı faktorunu önə çəkib, məhz insan kapitalının ölkəni daha da irəli apara biləcəyini dönə-dönə vurğulayır. İnsan kapitalının yaradılması isə məhz təhsil müəssisələrinin çiynindədir. Biz də üzərimizə düşən bu işi layiqincə görməyə, qarşıya qoyulan etimadı doğrultmağa çalışırıq”.Rektor qeyd etdi ki, bu gün Odlar Yurdu Universiteti və “İslahatçı Gənclər” İctimai Birliyinin tələbələr arasında birgə keçirdiyi “İlham Əliyev və Azərbaycan gəncliyi” mövzusunda yazı müsabiqəsinib qalibləri təltif olunacaq: ”Cənab prezidentin ad günü ərəfəsində baş tutan müsabiqəyə maraq olduqca yüksək oldu. Xeyli sayda gənc öz yazıları ilə müsabiqəyə qatıldı. Baxmayaraq ki, onların hamısı qalib ola bilmədilər, amma ruhdan düşməyə də dəyməz. Əsas kimin qalib olması yox, cənab prezidentə, dövlətimizə olan yüksək münasibətdir. Yəqin ki, müsabiqəyə qatılan gənclərimiz üçün də bu xoş bir xatirə olaraq daim xatırlanacaq. Müsabiqənin nəticələrini araşdıran Münsiflər Heyətində çox dəyərli simalar yer alıb. Millət vəkilləri Elton Məmmədovu, Jalə Əliyevanı, Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı, Azərbaycan Pedoqoji Universitetinin prorektoru, professor Vilayət Əliyevi bu sırada qeyd edə bilərəm. Onların hər birinə təşəkkür edirəm ki, bizimlə həmrəylik nümayiş etdirdilər. Fürsətdən istifadə edib, bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Müsabiqənin əsas təşkilatçılarından biri, “İslahatçı gənclər” İctimai birliyinin sədri Fərid Şahbazlı bizim Universitetin tələbəsidir. Həmişə Fəridə də, digər tələbələrə də demişəm ki, ictimai tədbirlərdə fəal olsunlar, dövlətin mənafeyini hər zaman qorusunlar”.Daha sonra çıxış edən millət vəkilləri Jalə Əliyeva, Elton Məmmədov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticələrindən, Azərbaycanda həyata keçirilən inkişafın ayrı-ayrı sahələrindən, Prezidentin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs etdilər.Çıxışlardan sonra diplom və hədiyyələr müsabiqənin qaliblərinə təqdim olundu. Müsabiqənin nəticələrinə görə, Odlar Yurdu Universitetinin tələbəsi Ayna Nəcəfova birinci, Qərb Universitetinin tələbəsi Kənan Abbaslı və Bakı Dövlət Universitetinin tələbəsi Rauf Gülümcalı ikinci, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Qasım Mustafayev və Bakı Qızlar Universitetinin tələbəsi Aidə Qaragözova üçüncü yerə layiq görüldülər.Tədbirin sonunda İspaniya İqtisadiyyat və Maliyyə Kral Akademiyasının prezidenti, dünya şöhrətli alim Xaymer Xul Aluxaya “Odlar Yurdu” Universitetinin “fəxri doktor”u diplomu təqdim edildi.

OXŞAR XƏBƏRLƏR