“İslahatçı Gənclər” İstanbulda “Xocalıya Ədalət” həftəsi keçirəcək

“İslahatçı Gənclər” İstanbulda “Xocalıya Ədalət” həftəsi keçirəcək
GƏNCLİK
16:33 18.02.2015
2174
“İslahatçı Gənclər” İctimai Birliyi(İGİB) 20-27 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində İstanbul Türk Ocağı Gənclik Qolları ilə birgə Xocalı soyqrımının 23-cü ildönümü münasibətilə artıq üçüncü dəfə “Xocalıya Ədalət” həftəsi keçirəcək.
Bu barədə məlumat verən birliyin sədri Fərid Şahbazlı deyib ki, həftəlik çərçivəsində Türkiyənin bir sıra universitetlərində bu ölkənin tanınmış elm adamlarının, ictimai-siyasi xadimlərinin iştirakı ilə konfranslar, mərkəzi yerlərində təbliğat aksiyaları baş tutacaq: “Bununla yanaşı Türkiyənin nüfuzlu TV və mətbu orqanlarında Xocalı ilə bağlı çıxışlar ediləcək. Baş tutacaq konfranslarda “İslahatçı Gənclər” İctimai Birliyinin dəvəti ilə Xocalı faciəsinin dəhşətlərini yaşayan insanlar da qatılacaq”.
F.Şahbazlı qeyd edib ki, "Xocalıya Ədalət" kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada həyata keçirilir və "İslahatçı Gənclər" İctimai Birliyi olaraq üçüncü ildir ki, bu kampaniyaya qoşulublar.
İstanbul Türk Ocağı Gənclik Qolları başqanı Mustafa Oğuz Yavaşça qeyd edib ki, onlar Xocalıda qardaş Azərbaycan xalqının başına gətirilən faciəni kəskin şəkildə pisləyir və bu cinayətin türk gəncliyinə daha dəqiq və geniş formada çatdırılması üçün əllərindən gələni edirlər: “Qardaş Azərbaycanın dərdi bizim də dərdimizdir. Artıq üçüncü ildir ki, Xocalı həqiqətlərinin Türkiyə ictimaiyyətinə, dolayısı da dünya birliyinə çatdırılması üçün İstanbulda Azərbaycandakı tərəfdaşımız olan “İslahatçı Gənclər” İctimai Birliyi ilə birgə “Xocalıya Ədalət” həftəsi gerçəkləşdiririk. Xocalı soyqrımının dəhşətlərinin Türkiyədə daha da çox təbliğinə ehtiyac var”.
İstanbulda keçiriləcək “Xocalıya Ədalət” həftəsinə Azərbaycandan millət vəkilləri, QHT sədrləri, sənətçilər, Xocalı faciəsinin dəhşətlərini yaşayan insanlar da qatılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi