“İslahatçı Gənclər” İctimai Birliyinin(İB) üzvləri “Azərbaycanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində Quba rayonunda səfərdə olublar. İB-in mətbut katibliyinin məlumatına görə, gənclər ilk olaraq Quba rayon İcra Hakimiyyəti başçısının I müavini Yusif Abidovla görüşüblər. Görüşdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı ilə Yusif Abidov arasında Azərbaycanda uğurla həyata keçirilən dövlət gənclər siyasəti və onun ölkə gəncliyinin həyatındakı əhəmiyyətli rolu ətrafında fikir mübadiləsi aparılıb.Daha sonra “İslahatçı Gənclər” Qubadakı soyqrım məzarlığında olublar. Gənclər məzarlıqda tikilməkdə olan muzey kompleksində aparılan işlərlər tanış olaraq, soydaşlarımıza qarşı törədilən bu dəhşətli soyqrım aktının ermənilərom vəhşi xislətindən xəbər verdiyini qeyd ediblər.“İslahatçı Gənclər” İctimai Birliyinin üzvləri ilə növbəti görüş Qubadakı 2 saylı təbiət elmləri təmayüllü liseyin müəllim və şagird heyəti baş tutub. Görüşdə İctimai birliyin üzvləri ilə şagirdlər və müəllimlər arasında təhsilin vəziyyəti, region gənclərinin ölkənin ictimai-siyasi həyatına sürətli inteqrasiyası üçün görülən işlər və dövlət səviyyəsində gənclərin inkişafı üçün açılan imkalar mövsuzunda müzakirələr aparılıb.Qubada fəaliyyət göstərən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin üzvləri ilə baş tutan görüşdə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasəti əsas müzakirə mövzusu olub. Qeyd olunub ki, bu gün ölkəmizdə gənclərin öz ideyalarını təşəbbüslərini reallaşdırması üçün maddi və mənəvi mənada bütün şərait mövcuddur.
![](/)
![](/)
![](/)
![](/)
![](/)
![](/)