'İslahatçı Gənclər' seçkilərdə İlham Əliyevin namizədliyini dəstəkləyəcək

GƏNCLİK
02:15 20.05.2013
1547
"İslahatçı Gənclər" prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirAZXEBER.COM-un məlumatına görə, bu bəyanatla "İslahatçı Gənclər" İctimai Birliyinin İdarə Heyətinin toplantısında birliyin sədri Fərid Şahbazlı çıxış edib.
O qeyd edib ki, bu gün Azərbaycanda olduqca uğurlu dövlət gənclər siyasəti reallaşdırılır və Azərbaycan gəncliyi bu siyasətin məntiqi nəticələrini davamlı olaraq öz həyatında hiss edir: "Azərbaycan gəncliyi Cənab Prezidenti özünün böyük dostu hesab edir. Biz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən köklü islahatları dəstəkləyirik. Bu mənada qarşıdakı seçkilərdə birliyimizin minlərlə üzvünün namizədi Cənab Prezidentdir".

OXŞAR XƏBƏRLƏR