O qeyd edib ki, bu gün Azərbaycanda olduqca uğurlu dövlət gənclər siyasəti reallaşdırılır və Azərbaycan gəncliyi bu siyasətin məntiqi nəticələrini davamlı olaraq öz həyatında hiss edir: "Azərbaycan gəncliyi Cənab Prezidenti özünün böyük dostu hesab edir. Biz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən köklü islahatları dəstəkləyirik. Bu mənada qarşıdakı seçkilərdə birliyimizin minlərlə üzvünün namizədi Cənab Prezidentdir".