'İslahatçı Gənclər' Türkiyədə səfərdə olub - FOTOLAR
GƏNCLİK
13:10 08.11.2012
1413
Səfər çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyinin rəhbərliyi Türkiyə siyasətini və mediasını əhatə edən çoxsaylı görüşlər keçirib.İlk olaraq Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olan “İslahatçı Gənclər” Konsulluğun yeni binası və kollektivi ilə tanış olub. Konsulluqda görüşdə Türkiyədə təhsil alan və azərbaycanlı gənclərin vəziyyəti müzakirə olunub.Daha sonra “İslahatçı Gənclər” Türkiyənin nüfuzlu media qurumlarında görüşlər keçiriblər. “Samanyolu” televiziyası(STV), “Zaman” qəzeti, “Cihan” İnformasiya Agentliyinin rəhbərliyi ilə baş tutan görüşlərdə Azərbaycanda medianın durumu, gənclər siyasətinin mətbuatda işıqlandırılması məsələləri geniş müzakirə olunub.“İslahatçı Gənclər” Türkiyə Qəzetçilər və Yazarlar Dərnəyində, Dialoq Avrasiya Platformasında, Onlayn Media Dərnəyində qonaq olub, Azərbaycanda dövlət səviyyəsində mediaya göstərilən dəstəkdən danışıblar.“İslahatçı Gənclər” Türk Ülkü Ocaqlarının İstanbul şöbəsinin rəhbəri Cəzmi Bayram və yüzdən artıq milliyyətçi gənclə görüşüb. Azərbaycan-Türkiyə qardaşlığını əhəmiyyətindən danışılan görüşdə faydalı fikir mübadiləsi aparılıb.Türk Asiya Strateji Araşdırmalar Mərkəzində (TASAM) baş tutan görüşdə isə regionda cərəyan edən proseslərdə gənclərin rolu, Azərbaycan reallaşdırılan dövlət gənclər siyasətinin əhəmiyyəti müzakirə olunub.“İslahatçı Gənclər” Türkiyə-Azərbaycan Dayanışma və Qardaşlıq Dərnəyində olaraq, türk dünyasının mövcud durumu mövzusunda müzakirələr aparıblar.Qarşılıqlı səfərlərin əhəmiyyətindən qeyd edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı türkiyəli qonaqları Azərbaycana səfərə dəvət edib.