“İslahatçı Gənclər”lə Ukraynanın dövlət universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

GƏNCLİK
17:39 07.04.2021
1187
"İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətinin müxtəlif ölkələrdə təbliği üçün yeni layihəyə start verib. Birliyin mətbuat xidmətinin məlumatına görə, təşkilat bu məqsədlə dünyanın müxtəlif universitetləri, ictimai təşkilatları, gənclər birlikləri ilə əməkdaşlıq əlaqələrinin qurulması prosesinə başlayıb.

Bu istiqamətdə növbəti mühüm addım Ukrayna ilə atılıb. "İslahatçı Gənclər” İctimai Birliyi ilə Ukrayna Dövlət Fiskal Xidmətinin Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Onlayn formatda baş tutan görüşdə "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Ukrayna Dövlət Fiskal Xidmətinin Universitetinin rektoru Anton Monaienko, beynəlxalq əlaqələr departanmentinin direktoru Andrii Bozhkov iştirak və çıxış edib.

Bildirilib ki, Azərbaycanla Ukraynanı tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələləri birləşdirir. Bu dövlətlər bütün platformalarda bir-birini yaxından dəstəkləyir. Ölkələrimiz arasında əməkdaşlığın böyük potensialı var. Qeyd olunub ki, əməkdaşlıq haqqında memorandum bir sıra sahələrdə, xüsusən də təhsil, gənclik və mədəniyyət sahələrində Azərbaycan-Ukrayna münasibətlərinə böyük töhfə verəcəkdir.

"İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Ukrayna azərbaycanlı tələbələrin təhsil almaq üçün seçdiyi ölkələrdən biridir:

"Biz arzu edirik ki, gənclərimiz Ukraynanın nüfuzlu ve keyfiyyətli təhsil verən universitetlərində oxusunlar. Sizin universitetiniz buna nümunədir. Bundan əlavə inanıram ki, universitetlə təşkilatımız arasındakı əməkdaşlıq çərçivəsində Azərbaycanla Ukraynanın tarix və mədəniyyətinin qarşılıqlı təbliği həyata keçiriləcək”.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir