Xəzər niyə dayazlaşır? – Səbəbləri və mümkün təhlükələri

Xəzər niyə dayazlaşır? – Səbəbləri və mümkün təhlükələri
SOSİAL
17:54 15.07.2026
500
Rusiyalı tədqiqatçılar qrupu 1993-cü ildən 2025-ci ilə qədər olan dövrdə Xəzər dənizinin və Qara-Boğaz-Göl körfəzinin kiçilən sahəsini araşdırıb. Bu barədə Rusiya Elmi Fondu məlumat yayıb.

Məlumatda deyilib ki, Xəzər dənizinin səviyyəsi 1995-ci ildən bəri davamlı olaraq ildə təxminən 10 sm azalır. Bu dövrdə göstərici təxminən 3 metr aşağı düşüb. 

Alimlər yüksək dəqiqlikli peyk məlumatlarının təhlilinə əsaslanan metodologiya hazırlayıblar və bu metodologiya su səthinin sahəsinin faktiki itkisini qiymətləndirməyə kömək edəcək müasir hipsometrik əyrilər yaradıb:

"Dayazlaşma artıq region üçün mənfi nəticələrə səbəb olub. Belə ki, Volqa-Xəzər dəniz kanalında və limanlarda suyun səviyyəsinin azalması səbəbindən gəmiçilik çətinləşib, sahil xətti isə yaşayış məntəqələrindən uzaqlaşmağa başlayıb. Proqnoza görə, XXI əsrin sonunadək Xəzər dənizinin səviyyəsi daha 2–21 metr enə bilər”.

İqlimşünas, ekoloq Məhərrəm Mehdiyev AZXEBER.COM-a açıqlamasında deyib ki, Xəzər dənizinin dayazlaşmasının bir neçə əsas səbəbi var:

"Xəzər dənizinin dayazlaşmasının bir neçə əsas səbəbi var. Bunlardan biri Xəzərə tökülən çaylarda suyun həcminin azalmasıdır. Digər mühüm səbəb isə iqlim dəyişikliyi nəticəsində orta temperaturun yüksəlməsi və bunun təsiri ilə dəniz səthindən buxarlanmanın artmasıdır.
Bundan əlavə, Xəzərə tökülən çaylar üzərində su elektrik stansiyalarının və anbarlarının tikilməsi də müəyyən dövrdə suyun dənizə çatmasını azaldır. Lakin bu amillərin bir qismi müvəqqəti xarakter daşıyır. Su anbarları dolduqdan və istifadə olunduqdan sonra həmin sular yenidən çay vasitəsilə dənizə axır”.

O qeyd edib ki, müəyyən dövrlərdə dənizin səviyyəsi azalıb, digər dövrlərdə isə yenidən artıb:

"Ən vacib məqam ondan ibarətdir ki, Xəzər dənizinin səviyyəsinin enməsi və qalxması tarixi baxımdan dövri xarakter daşıyır. Tarix göstərir ki, müəyyən dövrlərdə dənizin səviyyəsi azalıb, digər dövrlərdə isə yenidən artıb. Ona görə də Xəzər dənizində suyun səviyyəsinin azalması və ya artması qeyri-adi hal deyil. Həm müşahidələr, həm də instrumental ölçmələr göstərir ki, bu proses müxtəlif dövrlərdə təkrarlanıb və gələcəkdə də davam edə bilər”. 

Ekoloq deyib ki,  əgər bu azalma uzunmüddətli və davamlı xarakter alarsa, həm iqtisadi, həm də ekoloji problemlər yarana bilər:

"Əgər bu azalma uzunmüddətli və davamlı xarakter alarsa, həm iqtisadi, həm də ekoloji problemlər yarana bilər. Məsələn, dəniz sahilinin geri çəkilməsi gəmiçiliyə mənfi təsir göstərəcək. Limanların və dayanacaqların fəaliyyəti çətinləşəcək, gəmilərin sahilə yan alması daha problemli olacaq. Eyni zamanda sahilyanı quru ərazilərin genişlənməsi Xəzərin ekosisteminə mənfi təsir edəcək və bioloji əhəmiyyətə malik bəzi balıq növlərinin sayının azalmasına, hətta müəyyən ərazilərdə yox olmasına səbəb ola bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı