İslam Partiyası: ''Rafiq Tağıya qəsd dindarlara qarşı təxribatdır''

İslam Partiyası:
Bütün Xəbərlər
20:51 22.11.2011
1310
“Yazıçı Rafiq Tağıya sui-qəsd ölkədəki dindar kəsimə qarşı yönəlmiş təxribatdır”. Azərbaycan İslam Partiyası sədrinin ictimai və təşkilati məsələlər üzrə müavini Rövşən Əhmədov “Media forum” saytına açıqlamasında belə deyib. Noyabrın 19-da yazıçı Rafiq Tağı Bakıda bıçaqlanıb. Beş il əvvəl yazıçı “Avropa və biz” yazısına görə dindarların tənqidinə, təqibinə məruz qalmışdı. 2006-cı ildə yazı ölkə mətbuatında dərc olunduqdan sonra Rafiq Tağının əleyhinə bəyanatlar verilmişdi. Həmin bəyanatlardan birinin müəllifi Azərbaycan İslam Partiyası olmuşdu. Rövşən Əhmədov 2006-cı ildə Azərbaycan İslam Partiyası sədrinin birinci müavini idi. Partiya rəsmisi kimliyindən asılı olmayaraq hər bir insana qarşı yönəlmiş amansız davranışın təəssüf hissi doğurduğunu qeyd edib: “Əgər bıçaqlanma faktı varsa, bu, həyata sui-qəsd deməkdir. Rafiq Tağının günahının nədən ibarət olmasına baxmayaraq ona belə münasibət bəslənməməlidir. Ölkənin qanunları var və əgər lazımdırsa, o, qanunlar çərçivəsində günahlandırılmalıdır. Əgər Rafiq Tağı insanların inanclarına hörmətsizlik edirsə, yenə də qanunlar çərçivəsində, sivil qaydada cəzalanmalıdır. Bundan ötrü məhkəmə var. Fərdi qaydada kiminsə kimisə cəzalandırması Azərbaycan qanunlarına, eləcə də bəşəri qaydalara ziddir”. Rövşən Əhmədovun qənaətinə görə, ölkədə xaos yaratmaq, təxribat törətmək istəyən xeyli qüvvə var: “Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda təqibə, təzyiqə, repressiyaya məruz qalan dindarlardır, Azərbaycan İslam Partiyasıdır. Azərbaycan cəmiyyətində Rafiq Tağı kimiləri çoxdur. Hesab edirəm ki, Rafiq Tağı kimiləri də nəyisə dəyişmək qüdrətində deyilər. Lakin belə adamları əlində oyuncağa çevirib öz istədikləri vəziyyəti yaratmaq, sərfəli nəticə əldə etmək niyyətində olan qüvvələr var. Təəssüf ki, belə adamlar üçün Rafiq Tağı və onun kimilər göydəndüşmədir. Rafiq Tağıya qəsd edənlər də Azərbaycanda islamı təqib edən qüvvələr üçün bir alətdir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
11:51 09.08.2025
Daha bir şəhərdə dəbdəbəli yas mərasimləri ləğv olunur
Yük maşını sürənlərə - Müraciət
11:48 09.08.2025
Yük maşını sürənlərə - Müraciət
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
11:46 09.08.2025
Bakı və Abşeronda külək güclənir - FAKTİKİ HAVA
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
11:41 09.08.2025
Niderland XİN rəhbəri Azərbaycan-Ermənistan razılaşmasını təqdir edən bəyanat yayıb
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil
11:39 09.08.2025
Zelenski: Ukrayna öz ərazilərindən imtina etmək fikrində deyil