İşlədiyi evdən 10 min manat oğurladı - Saxlanıldı

İşlədiyi evdən 10 min manat oğurladı - Saxlanıldı
SOSİAL
14:36 08.08.2026
145
Xəzər rayonu ərazisində oğurluq faktı qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkmiş şəxs polisə müraciət edərək yaşadığı evdən 10 min manat pul vəsaitinin oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı A.Sadıqov müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkmişin yanında işləyib və ev sahibinin mənzildə olmadığı müddətdə qeyd edilən əməli törədib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR