İsmayıl Ömərov baş direktorluğa namizədliyini irəli sürmədi

İsmayıl Ömərov baş direktorluğa namizədliyini irəli sürmədi
MEDİA
18:26 19.04.2013
1734
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru  İsmayıl Ömərov telekanalın baş direktorunun seçilməsi ilə bağlı élan olunmuş müsabiqədə iştirak etməyəcək. Bu barədə o, Modern.az-ın sorğusunu cavablandırarkən bildirib.
İ.Ömərov deyib: "Mənə belə gəlir ki, qanunda Baş direktorun təkrar-təkrar seçilməsi nəzərdə tutulsa da iki dəfə kifayətdir. Əvvəla Yayım Şurasının üzvləri də iki dəfə seçilir. Baş direktor niyə çox seçilməlidir. İctimai Teleradio Azərbaycanda yeni, dünyəvi bir modeldir və bu Avropa televiziya sisteminə inteqrasiya etmiş yeganə Azərbaycan kanalıdır. İndi onun Avropa ölkələrində çoxsaylı partnyorları var. Mən çox böyük zəhmət, əzab-əziyyət hesabına ərsəyə gəlmiş milli, demokratik şəffaq bir institutun reytinqinə, nüfuzuna baş direktor olmaq xatirinə kölgə sala bilmərəm. Ona görə də namizədliyimi verməyəcəm. Kim seçilsə ona kömək etməyə hazıram. Təki İctimai Teleradionun milli strateji xətti qorunsun."  
OXŞAR XƏBƏRLƏR