Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Artıq ssenari qəbulu yekunlaşıb. Ssenaristlərlə rejissorların görüşləri davam edir.
Bu gün isə, festivalın idarə heyəti İsmayıllı şəhərinə səfər edib. Festivalın idarə heyətindən AZXEBER.COM portalına verilən məlumata görə, artıq İsmayıllı şəhərində mədəniyyət evləri ilə görüşlər keçirilib: “Biz artıq mədəniyyət evləri ilə görüşlər keçirmişik. Ümumi mənada götürəndə festivala maraq çox yüksəkdir. Sabah isə, İsmayıllının yaradıcı gəncləri ilə görüşlər keçirib onlara festivalın mahiyyəti haqqında ətraflı məlumatlar verəcəyik. Sentyabrın 21-də isə biz Ucara yola düşəcəyik və buradakı gənc yaradıcı gənclərlə görüşlər keçirəcəyik. Biz Ucarlı gəncləri bu görüşə dəvət edirik”.
Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyevadır. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur. Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.
Əfsələddin Ağalarov