İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR

İsmayıllı rayon prokurorluğunda “Açıq Qapı” günü keçirildi - FOTOLAR
SOSİAL
13:17 18.09.2026
551
Sentyabrın 18-də İsmayıllı rayon prokurorluğunda media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə "Açıq Qapı” günü keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, vətəndaşlarla birbaşa ünsiyyət imkanlarının genişləndirilməsi, hüquqi maarifləndirmənin təşviqi və prokurorluq orqanlarının fəaliyyətində açıqlıq və şəffaflıq prinsiplərinin nümayiş etdirilməsi olub.

Görüşdə çıxış edən İsmayıllı rayon prokuroru Tural Yusifov "Açıq Qapı” günlərinin prokurorluğun fəaliyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması, hüquqi biliklərin artırılması və vətəndaşlarla qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. O, prokurorluq tərəfindən həyata keçirilən fəaliyyətin əsas istiqamətləri, vətəndaşların müraciətlərinə baxılması və onların hüquq və qanuni mənafelərinin müdafiəsi sahəsində görülən işlər barədə məlumat verib.

Daha sonra iştirakçılara prokurorluq orqanlarının strukturu, səlahiyyətləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat təqdim olunub, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov respublika üzrə prokurorluq orqanlarının fəaliyyəti, həyata keçirilən institusional islahatlar və müasir idarəetmə yanaşmaları barədə danışıb. O, prokurorluq orqanlarının ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, media ilə əməkdaşlığın inkişaf etdirilməsi və cəmiyyətin operativ və obyektiv məlumatlandırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Kənan Zeynalov, həmçinin müasir informasiya mühitində prokurorluq orqanlarının media və ictimaiyyətlə kommunikasiyasının əhəmiyyətindən bəhs edib, bu istiqamətdə qarşıda duran vəzifələr barədə məlumat verib.

Görüş zamanı İsmayıllı rayon prokurorluğunun əməkdaşları fəaliyyət istiqamətləri üzrə təqdimatlar keçirib, iştirakçıların hüquqi prosedurlar, müraciətlərə baxılması və prokurorluğun gündəlik fəaliyyəti ilə bağlı suallarını cavablandırıblar.

"Açıq Qapı” günü çərçivəsində iştirakçılara "Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsində olan müasir kriminalistik avadanlıqlar nümayiş etdirilib. Avadanlıqların istintaq və araşdırma zamanı tətbiqi barədə əyani məlumat verilib.

Tədbirin davamında iştirakçılar İsmayıllı rayon prokurorluğunun inzibati binası ilə tanış olublar.

Sonda xatirə fotosu çəkilib.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib
09:21 07.11.2026
Dominikanda Azərbaycanın Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edilib
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
09:11 07.11.2026
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
Tramp: ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib
09:04 07.11.2026
Tramp: ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
08:55 07.11.2026
Portuqaliya millisinin məşqçisi Ronaldunun komandadan gedişini şərh edib
Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
08:49 07.11.2026
Roma Papası XIV Leo Cənubi Amerikanın üç ölkəsinə səfərə başlayıb
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
08:42 07.11.2026
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib
08:33 07.11.2026
ABŞ İranın hava hücumundan müdafiə sistemlərinə zərbə endirib
Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
08:25 07.11.2026
Sabiq prezident Santyaqo Penya ev dustağı edilib
Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
08:16 07.11.2026
Tramp administrasiyasında kadr dəyişikliklərini istisna etmir
Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
08:12 07.11.2026
Almaniya ordusunda qadın hərbçilərin sayının artırılması planlaşdırılır
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
08:06 07.11.2026
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
08:00 07.11.2026
ABŞ Prezidenti Rusiya-Ukrayna danışıqlarının davam etdirildiyini bildirib
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
07:53 07.11.2026
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
07:44 07.11.2026
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
07:19 07.11.2026
“Bu 30 illik imzamı itirib-batırmaq deməkdir” – Günel Natiq AzTV-yə etiraz etdi
Pedro Alyana Paraqvayın Prezidenti olub
07:03 07.11.2026
Pedro Alyana Paraqvayın Prezidenti olub