İsmayıllı yandı

İsmayıllı yandı
Bütün Xəbərlər
09:05 17.08.2012
1300
İsmayıllı rayonu, Tircan və Qaraqaya kəndləri arasında çətin keçilən dağlıq ərazidə təxminən 3 ha kol-kos, quru ot və seyrək ağaclar olan sahə yanır.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğının genişlənərək yaxınlıqdakı meşə zolağına keçmək təhlükəsi yaranıb.Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Şimal-qərb Regional Mərkəzinin canlı qüvvəsi və texnikası, habelə Aviasiya dəstəsinin 2 ədəd helikopteri və “BE-200 ÇS” markalı amfibiya təyyarəsi cəlb edilib. Yanğının yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb.
OXŞAR XƏBƏRLƏR