İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı

İsmayıllıda 189 şəhidin xatirəsinə “Qəhrəmanlar Bağı” salındı
SOSİAL
11:45 25.05.2026
320

Qırmızı Ürəklər Fondu və "PMD Group”-un birgə təşəbbüsü, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İsmayıllı rayonunda "Qəhrəmanlar Bağı” ağacəkmə aksiyası keçirilib.

 

AZXEBE.COM xəbər verir ki, layihə çərçivəsində I və II Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan 189 qəhrəmanımızın əziz xatirəsinə 189 ağac əkilib.

 

2021-ci ildən start götürən və ölkəmizin müxtəlif bölgələrini əhatə edən bu nəcib təşəbbüsün əsas məqsədi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, eyni zamanda ətraf mühitin mühafizəsinə və Azərbaycanın ekoloji mühitinin zənginləşməsinə töhfə verməkdir. Layihənin fəlsəfəsinə uyğun olaraq, hər bir rayon və şəhərdə şəhidlərin sayı qədər ağacın əkilməsi ənənəsi İsmayıllıda da davam etdirilib.

 

Tədbirin açılışında çıxış edən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov layihənin mənəvi əhəmiyyətini vurğulayıb: "Şəhidlərimizin xatirəsinin yaşadılması istiqamətində həyata keçirilən hər bir layihə milli həmrəyliyimizin və vəfa borcumuzun təcəssümüdür. "Qəhrəmanlar Bağı” sadəcə ağacəkmə aksiyası deyil, bu, qəhrəmanlarımızın ruhuna hörmətimizin və gələcək nəsillərə ötürəcəyimiz canlı bir irsdir. Bu layihənin təşəbbüskarı olmaq bizim üçün həm böyük qürur, həm də mənəvi məsuliyyətdir”.

 

Aksiyada şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, eləcə də Kapital Bank və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Bu layihə bir daha sübut edir ki, şəhidlərimizə olan ehtiramımız daima yaşayacaq və hər bir əkilən ağac onların xatirəsini gələcək nəsillərə daşıyacaq.

 

Xatırladaq ki, ölkəmizin müxtəlif bölgələrində həyata keçirilən layihə çərçivəsində 31 "Qəhrəmanlar bağı” salınıb.

 

Qeyd edək ki, "Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. "Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
20:21 31.10.2026
"Qarabağ"da gərgin anlar: Qurban Qurbanov iki futbolçunu oyundan çıxardı - Video
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
20:13 31.10.2026
Bu ölkənin 30-dan çox şəhərində gənclərin etirazları başlayıb
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
20:03 31.10.2026
Valilik: ABŞ İranın cənubunda balıqçı qayıqlarına hücum edib, iki balıqçı itkin düşüb
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
19:53 31.10.2026
Tramp: Bu ölkədə hakimiyyət növbəti 2,5 il ərzində dəyişəcək
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
19:42 31.10.2026
Bərdədə 17 yaşlı oğlanın meyiti tapıldı
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
19:39 31.10.2026
FSB Moskvada terror aktı planlaşdırılması barədə ABŞ-dan məlumat alıb
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
19:28 31.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
19:23 31.10.2026
Trampın iqamətgahında zenit-raketlər yerləşdirilib
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
19:16 31.10.2026
Kəmaləddin Heydərovdan iki polkovniklə bağlı qərar - Foto
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
19:11 31.10.2026
“Marsol”un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
İran yeni silahlar sınaqdan keçirib
19:00 31.10.2026
İran yeni silahlar sınaqdan keçirib
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
18:53 31.10.2026
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
18:46 31.10.2026
1711-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
18:39 31.10.2026
Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
18:34 31.10.2026
Merkel Almaniyanın növbəti prezidentinin qadın olmasını təklif edib
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
18:26 31.10.2026
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır