İsmayıllıda iki nəfərin ölümü ilə nəticələnən qəzanın SƏBƏBİ

İsmayıllıda iki nəfərin ölümü ilə nəticələnən qəzanın SƏBƏBİ
SOSİAL
16:04 05.07.2026
647
İyulun 4-də saat 16 radələrində Muğanlı–İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisindən keçən 32-ci kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZEXEBER.COM-a verilən xəbərə görə, Zaqatala rayon sakini, 1974-cü il təvəllüdlü İlqar Süleymanovun idarə etdiyi "Mercedes-Benz” markalı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətdə olarkən körpünün orta hissəsində yerləşən beton maneəyə çırpılıb.

Nəticədə sürücü İlqar Süleymanov və avtomobildə olan sərnişin, 1959-cu il təvəllüdlü Elmira Duxiyeva hadisə yerində həyatlarını itiriblər.

İlkin araşdırmalar zamanı əldə olunan məlumatlara əsasən, hadisənin sürücünün diqqətinin mobil telefona yönəlməsi nəticəsində baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə diqqətin yayınmasına, yol şəraitinin düzgün qiymətləndirilməməsinə və ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan ən ciddi risk amillərindən biridir: "Sükan arxasında telefona baxdığınız cəmi bir neçə saniyə geri dönüşü olmayan faciəyə səbəb ola bilər. Heç bir zəng, mesaj və ya bildiriş insan həyatından daha dəyərli deyil. Sükan arxasında diqqətiniz yalnız yolda olsun”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yaşadığı evdə meyiti tapıldı
21:43 28.10.2026
Yaşadığı evdə meyiti tapıldı
İspaniyada üçgünlük matəm elan olundu
21:39 28.10.2026
İspaniyada üçgünlük matəm elan olundu
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
21:36 28.10.2026
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Ərdoğan Ankarada Tokayevlə görüşüb
21:32 28.10.2026
Ərdoğan Ankarada Tokayevlə görüşüb
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
21:27 28.10.2026
Xankəndidə rəqəmsal texnologiyaların rəqabət mühitinə təsiri müzakirə edilib
Pərviz Abubəkirov işdən çıxarıldı
21:18 28.10.2026
Pərviz Abubəkirov işdən çıxarıldı
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
21:13 28.10.2026
Yıxılıb xəsarət aldı, xəstəxanaya aparılarkən öldü
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
21:10 28.10.2026
Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel müzakirəsi keçirilib
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
21:05 28.10.2026
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
21:03 28.10.2026
İƏT-ə üzv dövlətlərin hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilib
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
20:56 28.10.2026
İƏT-in Baş katibi Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
20:47 28.10.2026
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
20:45 28.10.2026
Maldivli nazir: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunub
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
20:39 28.10.2026
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
20:36 28.10.2026
Nazilər kabineti aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsinə dair qərar verib
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub
20:32 28.10.2026
Azərbaycanla Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub