İsmayıllıda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb

İsmayıllıda iki uşaq bədbəxt hadisə nəticəsində ölüb
Bütün Xəbərlər
12:20 03.08.2013
1702
Azərbaycanın İsmayıllı rayonunda faciəli hadisə baş verib.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyul ayının 26-da İsmayıllı rayonunun Gəraybəyli kəndində qeydə alınıb. Kənd sakini azyaşlı Nəzrin Axundlunun və Əhən kənd sakini azyaşlı Zöhrə Şərifovanın üstlərinə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən hər iki uşaq avqustun 2-də orada dünyasını dəyişib.

Hər iki faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR