Azərbaycanın İsmayıllı rayonunda faciəli hadisə baş verib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə iyul ayının 26-da İsmayıllı rayonunun Gəraybəyli kəndində qeydə alınıb. Kənd sakini azyaşlı Nəzrin Axundlunun və Əhən kənd sakini azyaşlı Zöhrə Şərifovanın üstlərinə qaynar su tökülüb. Xəstəxanaya yerləşdirilən hər iki uşaq avqustun 2-də orada dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.