İsmayıllı rayonunda qadını döyərək öldürüblər.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Q.Aslanov küçəsində şəhər sakini Rəbiyyə Talıbovanın üzərində zorakılıq əlamətləri olan meyiti dünən tapılıb. Zorakılıq döyülmə xarakterlidir.
Faktla əlaqədar cinayət işi başlanılıb, İsmayıllı Rayon Polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.