İsmayıllıda Regional Forum keçirilib - FOTOLAR

GƏNCLİK
14:06 24.08.2021
1046
24 avqust 2021-ci il tarixində İsmayıllı İntellektual Oyunlar Klubunun nəzdində yaradılan İsmayıllı Regional Gənclərin Resurs Mərkəzinin təşkilatçılığı, İsmayıllı Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, ASAN Könüllülük Məktəbi, Gənclərin Karyera və İnkişaf Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə pandemiya qaydaları çərçivəsində İsmayıllıda "Regional Gənclərin I İnkişaf Forumu” keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, forumda ilk olaraq dövlət himni səsləndirilib. Daha sonra şəhidlər bir dəqiqə sukut ilə yad edilərək Forum açıq elan edilib. Forumun keçirilməsində əsas məqsəd region gənclərinin inkişafını təmin etmək, məşğulluğa cəlb etmək və regionda onların inkişafı üçün müəyyən şərait yaratmaqdan ibarətdir.
 
Qeyd edək ki, regionda gənclər sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılması üçün İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı İntellektual Oyunlar Klubu və Gənclər və İdman İdarəsi arasında anlaşma memorandumu imzalanmışdır. Bundan sonra regionda gənclərin inkişafı ilə bağlı layihələr birgə icra olunacaqdır.
 
Forumda qonaqları salamlamaq üçün ilk söz İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Şahin müəllimə verilib. Şahin müəllim bildirib ki, regionda gənclərin inkişafı üçün dövlət tərəfindən hər cür dəstək göstərilir. İsmayıllıya yeni investorlar və layihələr cəlb edilir. Dövlət gənclər siyasəti regionlarda öz qaydasında davam edir. Region gəncləri yerli və beynəlxalq təmsilçilikdə ölkəmizi layiqincə təmsil edir.
 
Daha sonra isə Azərbaycan Respublikası Gənclər və İdman nazirinin gənclər təşkilatları üzrə sektor müdiri Fuad Babayevə söz verilib. O Gənclər Siyasəti ilə bağlı çıxış edib. Daha sonra regionlarda bu formatda forumların təşkilinin və region gənclərinin inkişafının hazırda çox önəmli məsələlərdən olduğunu qeyd edib. Gənclərə göstərilən dövlət qayğısı hər zaman olduğunu və davam edəcəyini bildirərək əlavə edib.
 
Forumun təşkilatçısı İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin sədri Azad Manaflı söz üçün səhnəyə dəvət olunub. A.Manaflı çıxış edərək gənclərin intellektual yetişməsində regionda fəaliyyət göstərən gənclər təşkilatlarının əvəzsiz rol oynadığını bildirib. Könüllülük proqramları, gənclərin inkişaf modeli və gənc kadrların yetişdirilməsində təşkilatlar hər zaman öndə olub. Bu gün də dövlət siyasətinin bariz nümunəsidir ki, gənclərimiz üçün bu şərait yaradılır və gənclərə yol göstərilir.
 
Daha sonra isə forum panel sessiyası olaraq davam edib. Daha sonra forumda Məşğulluq, mədəniyyət, regionda gənclər siyasəti, könüllülüyün imkanları və sahibkarlıq barədə spikerlər dinlənildi və gənclərin maraqlı sualları spikerlər tərəfindən cavablandırldı. Forumda İsmayıllı gəncləri ilə yanaşı Qəbələ, Şəki və Kürdəmir gəncləri də iştirak etmişdir. Sonda isə gənclər ilə xatirə fotoları çəkildi.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir