İsmayıllıda üç uşaq anası intihar edib. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, Yeniyol kənd sakini 47 yaşlı Dilavər İslamova özünü asıb. Onun meyitini əri həyatyanı sahədəki tikilidə asılmış vəziyyətdə aşkarlayıb.Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum olmasa da, onun psixi durumunun normal olmadığı bildirilir. D.İslamova üç uşaq anası idi.