İsmayıllıda yandırılan otel fahişəxana imiş

İsmayıllıda yandırılan otel fahişəxana imiş
Bütün Xəbərlər
12:32 24.01.2013
3898
İsmayıllıda yandırılan otel əxlaqsızlıq xana idi. Hər gün bu otele fahişələrlə gəlib gedirdilər. Dəfələrlərlə şikayətə baxmayaraq bu oteli bağlamadılar. Axırı da belə oldu". AZXEBER.COM-un məlumatına görə, bu sözləri Kanal 13-ə İsmayıllı sakin deyib.
Xatırladaq ki, yanvarın 23-də saat 21.30 radələrində İsmayıllı şəhərində “Çıraq” otelinin və 4 ədəd müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Buna səbəb oteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olub. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşıb və onlara etirazlarını bildiriblər. E. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların oteli və otelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olub.
OXŞAR XƏBƏRLƏR