İsmayıllının icra başçısı danışdı: 'İnsidenti yaradan qardaşım oğlu deyil' - MÜSAHİBƏ

İsmayıllının icra başçısı danışdı:
Bütün Xəbərlər
11:50 24.01.2013
3403

- Yanvarın 23-də İsmayıllı rayonunda nə baş verib?  - İki nəfər şəxs arasında insident yaranıb, onların maşınları toqquşub. Daha sonra isə hadisələr xoşagəlməz istiqamətdə davam edib. Amma indi, şükür Allaha, hər şey normaldır. Rayonda hər şey öz axarında davam edir. Rayon rəhbərliyi də rayondadır, hər şey öz qaydasındadır. - Nizami müəllim, həmin şəxslər kimlərdir? Adları sizə bəllidirmi?  - Hazırda istintaq gedir. Məsələni istintaq qurumları araşdırır, ona görə də biz dəqiq deyə bilmərik. Otelin meneceri və daha bir nəfər başqa vətəndaş olub. - Bu başqa vətəndaşın sizin qardaşınız oğlu olduğu deyilir.  - Qətiyyən, qətiyyən. Nə qardaş oğlu, nə də digər yaxınlıq var. Biri işçidir, digəri isə vətəndaşdır. - Siz həmin şəxsləri tanıyırsınızmı?  - Yox, heç birini tanımıram. - Onlar rayon sakinləri deyillər?  - Biri İsmayıllı sakinidir, otelin meneceri isə, deyəsən, Bakı sakinidir. - Nizami müəllim, bəs nə üçün sonra sizin evə hücum olub? Rəsmi açıqlamada da belə göstərilir. Hətta sizin evin həyətində olan bir maşın da yanıb.  - Birinci otelə hücum olub, sonra isə hansısa qeyri-sağlam qüvvələr onları mənim evimə yönəldib. - Sizin əmlakınız ziyan görübmü?  - Elə bir ciddi ziyan yoxdur. Pəncərə-qapı sınıb, heç bir şey yoxdur. - Siz həmin vaxt evdə olmusunuzmu?  - Yox, evdə olmamışam. Başqa tədbir vardı, orda idim. - Hazırda rayonda durum necədir? Bakıdan hadisəni araşdırmaq üçün hüquq mühafizə orqanlarının rəhbərlərindən orda olan varmı? Durum necədir?  - Durum normaldır, mən özüm də rayondayam, səhər çıxıb rayonun mərkəzində gəzdim, bazar tərəfə getdim, sakitlikdir, hər şey qaydasındadır. - Hazırda insanların etirazı yoxdur, eləmi?  - Yox, yoxdur. - Hadisə ilə bağlı saxlanılan varmı?  - Bilmirəm, mən dəqiq deyə bilmərəm.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
13:46 15.08.2025
Çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlandı
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
13:38 15.08.2025
Vaşinqton görüşü niyə İranı qorxuya salıb? - Deputatdan AÇIQLAMA
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
13:30 15.08.2025
Tramp-Putin görüşü uğursuzluqla nəticələnəcək? - Lavrovdan görüş öncəsi açıqlama
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
13:23 15.08.2025
Qurban Məmmədov və Tural Sadıqlı barəsindəki cinayət işi üzrə istintaq başa çatdı
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
13:20 15.08.2025
Böyük Britaniyalı nazirdən Qəzzaya təcili yardım ÇAĞIRIŞI
Tarixdə bu gün - 15 avqust nə günüdür?
13:16 15.08.2025
Tarixdə bu gün - 15 avqust nə günüdür?
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
13:05 15.08.2025
Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
13:01 15.08.2025
Azərbaycanda “WhatsApp” və “Telegram” zəngləri məhdudlaşdırıla bilər? - AÇIQLAMA
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
12:53 15.08.2025
Lavrov Alyaskaya “СССР” yazılmış geyimlə gəldi - VİDEO
Sabah yağış yağacaq
12:43 15.08.2025
Sabah yağış yağacaq
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
12:26 15.08.2025
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib
12:10 15.08.2025
"Oleq Bakinski" və onunla birgə ittiham olunan şəxslə bağlı apellyasiya protesti verilib
Azərbaycanda üçaylıq körpə qızdırmadan öldü
11:48 15.08.2025
Azərbaycanda üçaylıq körpə qızdırmadan öldü
Xaçmazda müəssisə sahibi faciəvi şəkildə öldü
11:44 15.08.2025
Xaçmazda müəssisə sahibi faciəvi şəkildə öldü
Paşinyanın Rusiyaya səfəri gözlənilir
11:33 15.08.2025
Paşinyanın Rusiyaya səfəri gözlənilir
"Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlasaq da qeyri-regional qüvvələrin müdaxiləsinə qarşıyıq"
11:29 15.08.2025
"Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlasaq da qeyri-regional qüvvələrin müdaxiləsinə qarşıyıq"