Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.
AZXEBER.COM-un məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.
Bakı Kristal Zalındakı qarşılaşmanı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.
Görüş İspaniya seçməsinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Bundan əlavə, günün ilk yarısında B, C, D, E və F Divizionlarının da qalibi bəlli olub.
A Divizionu
Final
Çexiya 0 - 3 İspaniya
B Divizionu
Final
Portuqaliya 2 - 5 Zambiya (33-cü yer uğrunda)
C Divizionu
Final
Tunis 0 - 3 Belarus (65-ci yer uğrunda)
D Divizionu
Final
Kanada 2 - 4 Tacikistan (97-ci yer uğrunda)
E Divizionu
Final
Mərkəzi Afrika Respublikası 4 - 1 Banqladeş (129-cu yer uğrunda)
F Divizionu
Final
Yeni Zelandiya 2 - 1 Efiopiya (161-ci yer uğrunda)
Xatırladaq ki, oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub. U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilib. Açılış və final görüşləri Bakı Kristal Zalında baş tutub. Azərbaycan millisi yarışı 84-cü pillədə başa vurub.











































