İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində 12 xarici ölkə vətəndaşı həlak olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə qəza ilə bağlı cinayət işini araşdıran Kastiliya-La-Mança Ali Məhkəməsi məlumat yayıb.
Bildirilib ki, ölənlər arasında ABŞ, Argentina, Kanada, Meksika, Portuqaliya, Tunis, Fransa, Çexiya və Yaponiya vətəndaşları var. Qəza nəticəsində ümumilikdə 69 nəfər həyatını itirib.
Məhkəmə itkin düşmüş Avstraliya vətəndaşları və bir yaponiyalının taleyinin hələ məlum olmadığını, buna görə də əcnəbi qurbanların sayının arta biləcəyini bildirib.
Qeyd edək ki, hadisə oktyabrın 28-də Urda şəhəri yaxınlığında baş verib. Qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub.











































