Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, xəsarət alanlar var

Goranboyda minik avtomobili yük avtomobilinə çırpılıb, xəsarət alanlar var
SOSİAL
08:42 02.11.2026
132
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ” markalı minik avtomobili idarəetmədən çıxaraq yük avtomobilinə arxadan çırpılıb. Qəza zamanı avtomobildə olan ailənin beş üzvü xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb, hazırda onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR