Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilov barədə maraqlı məlumat yayılıb.
AZXEBER.COM olke.az-a istinadən xəbər verir ki, teatrın aktyorları bildirib ki, İsrafilov direktor vəzifəsindən çıxdığını biləndən sonra iki gün ərzində özünə məxsus əşyaları yığaraq kollektivlə sağollaşmadan teatrı tərk edib. Aktyorlar bildiriblər ki, İsrafilov "Azdrama"nın həyətindən dörd ədəd dekorativ şam ağacını fəhlələrə çıxartdıraraq bağında əkdirib: "Bu adamın hər şey edəcəyini gözləyirdik. Heç gedəndə kollektivlə sağollaşmadı da. Ancaq həyətdəki dekorativ şam ağaclarını fəhlələrə çıxartdırıb bağında əkdirməyi sözün əsl mənasında rəzalətdir. Yəni bu adam bağına dörd ədəd ağac ala bilmir? Yoxsa teatrdan heyfini tam ala bilmədiyinə görə belə edir? O, teatrdan başqa şeylər də aparıb. Ancaq hələlik bunu deməklə kifayətlənirik. Görün beş il yarım ərzində ölkənin ana teatrına kim rəhbərlik edib?"