İsrail Müdafiə Qüvvələrinin nümayəndə heyətinin Holokost qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə iştirak etmək üçün gəldiyi Birkenau (Polşa) konsentrasiya düşərgəsinə İsrail bayrağını keçirməsinə icazə verilməyib.
Bu, konsentrasiya düşərgələrində anım tədbirlərinin keçirildiyi dövr ərzində ilk belə haldır.
Bildirilir ki, Holokost qurbanlarının xatirəsinə həsr olunmuş proqramda iştirak edən 180 israilli zabit və təhlükəsizlik xidməti əməkdaşından ibarət nümayəndə heyəti girişdə saxlanılıb və yerli polis onları bayraqla içəri buraxmaqdan imtina edib.
"Heç bir mərasim yarıda dayandırılmayıb - nə Treblinka konsentrasiya düşərgəsində, nə Varşavada, nə də Maydanek düşərgəsində. Bu onu göstərir ki, biz hələ də Avropada antisemitizmlə mübarizə aparırıq", - aksiya iştirakçılarından biri İsrail mediasına deyib.
///report