İsrail ordusu seçkilərdən əvvəl İrana zərbə endirməyi zəruri hesab etmir

İsrail ordusu seçkilərdən əvvəl İrana zərbə endirməyi zəruri hesab etmir
DÜNYA
08:06 23.10.2026
152
İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi Eyal Zamir oktyabrın 27-də keçiriləcək parlament seçkilərinədək İrana zərbə endirilməsinə əməliyyat zərurəti görmədiyini bildirib.

Bu barədə İsrailin 13-cü televiziya kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Zamir bu mövqeyini qapalı müşavirələrin birində səsləndirib.

"Seçkilərdən əvvəl İrana zərbə endirməyin zəruri olduğunu göstərən əlamətlər görmürük. Əgər İrana zərbə endirməyin vacib olduğu qənaətinə gəlsək, bunu edəcəyik”, – deyə generalın sözlərini telekanal sitat gətirib.

Zamir əlavə edib ki, hazırda ordunun əsas vəzifəsi seçkilərin təhlükəsizlik baxımından mümkün qədər dinc şəraitdə keçirilməsini təmin etməkdir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu seçkilər ərəfəsində İrandan mümkün zərbə təhlükəsi barədə dəfələrlə danışıb və Tehranda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətini açıqlayıb. O, ötən həftə bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə etdiyini bildirib.

"Financial Times” qəzetinin oktyabrın 21-də yaydığı məlumata görə, Netanyahu ayın əvvəlində İsrail Hərbi Hava Qüvvələrinə İrana genişmiqyaslı zərbələr endirməyə hazırlaşmaq barədə göstəriş verib. Qəzetin mənbələri mümkün əməliyyatın oktyabrın 10-da həyata keçirilə biləcəyini, lakin Trampın buna qarşı çıxmasından sonra hazırlıqların dayandırıldığını iddia edib.

Netanyahu oktyabrın 22-də həmin məlumatın həqiqətə uyğun olmadığını bildirib.

///teleqraf///
OXŞAR XƏBƏRLƏR