İsrail səfiri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub

İsrail səfiri məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub
Bütün Xəbərlər
12:30 15.06.2013
978

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Bakıda məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub.

AZXEBER.COM-un məlumatına görə, israilli diplomat əvvəlcə Dərnəgül tələbə şəhərciyindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 2 nömrəli yataqxanasına baş çəkib.Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov Azərbaycanın tarixi torpaqlarının ermənilər tərəfindən 20 ildən çoxdur işğal altında saxlandığını, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü diqqətə çatdırıb.Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə külli miqdarda ziyan dəyib. Uzun illərdir doğma yurdlarından didərgin düşmüş insanlar bu gün də qaçqın və məcburi köçkün həyatı yaşayırlar.G.Fərhadov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyini, ancaq Ermənistanın bunların heç birini yerinə yetirmədiyini xatırladıb.Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tapşırıqları əsasında ölkənin ayrı-ayrı şəhər və rayonlarında 78 müasir qəsəbə salınıb, 140 mindən çox soydaşımız yeni evlərə köçürülüb, təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib, müvafiq infrastruktur yaradılıb.Hazırda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir, yeni binalar tikilir, məhəllələr salınır.Yataqxanadakı şəraitlə maraqlanan səfir Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsinin yaşadığı otağa baxıb və onların problemləri ilə yaxından tanış olub.Sonra səfir R.Harpaz Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə olub. Məhəllə ilə tanış olan israilli diplomatın diqqətinə çatdırılıb ki, buradakı 1440 mənzildən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina, təcili yardım stansiyası, poçt şöbəsi və iki çıxışlı yanğınsöndürmə deposu da tikilib.Səfir Ağdam rayonundan olan məcburi köçkün Nazilə Tağıyevanın evində çay süfrəsinə qonaq edilib.Öz doğma yurd-yuvalarına dönmək arzusunda olduqlarını dilə gətirən məcburi köçkün N.Tağıyeva onlar üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.İsrailli diplomat məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəb ilə də tanış olub.İsrailin ölkəmizdəki səfirinə “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diski təqdim edilib.

OXŞAR XƏBƏRLƏR