AZXEBER.COM "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Livanın ABŞ-dəki səfiri Nada Həmədə Muavvad vurğulayıb ki, saziş icra olunacağı təqdirdə ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpası istiqamətində ilk addım olacaq, həmçinin hərbi əməliyyatların tamamilə dayandırılmasına zəmin yaradacaq.
İsrailin ABŞ-dəki səfiri Yehiel Leyter isə bəyan edib ki, bu razılaşma İsrail və Livanın "İran və "Hizbullah"ı geridə qoyaraq" sülh yoluna qədəm qoyduğunu təsdiqləyir.
"The Times of Israel" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, sazişə əsasən, İsrail Müdafiə Ordusu (SAXAL) mərhələli şəkildə Livanın cənubundan geri çəkilməyə başlayacaq. İsrail hərbçilərinin boşaltdığı ərazilərdə təhlükəsizliyi Livan Silahlı Qüvvələri təmin edəcək.
Qeyd edək ki, saziş ABŞ-nin vasitəçiliyi ilə Livan və İsrail arasında keçirilən danışıqların beşinci raundunun dördüncü günündə əldə olunub.











































