‘İsraildən alınan silahlarla İran əleyhinə istifadə etməyəcəyik’

‘İsraildən alınan silahlarla İran əleyhinə istifadə etməyəcəyik’
Bütün Xəbərlər
09:20 13.03.2012
1350

Səfər Əbiyev: "Regionda münaqişə yaradan yalnız Ermənistandır"

Azərbaycan İsraildən aldığı silahlardan İran əleyhinə istifadə etməyəcək. Bunu İranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev iranlı həmkarı Əhməd Vəhidi ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan və İsrail arasında bağlanan müqavilə beynəlxalq qanunlara əsaslanır: “Regionda münaqişə yaradan yalnız Ermənistandır. Ümid edirik ki, İran dövləti və xalqı Ermənistan tərəfindən Azərbaycan əleyhinə olan bu ədalətsizliyə öz münasibətini daha aydın şəkildə bildirəcək”. İranın müdafiə naziri Əhməd Vəhidi isə bildirib ki, İran hərbi sahədə Azərbaycana hər cür yardım etməyə, eləcə də birgə təlimlər keçirməyə hazırdır.

OXŞAR XƏBƏRLƏR