İsraildən Türkiyəyə jest: "Hər cür köməyə hazırıq"
Bütün Xəbərlər
23:36 23.10.2011
1366
Xəbər verdiyimiz kimi, Türkiyənin Van şəhərində güclü zəlzələ baş verib. Kandil rəsədxanasından verilən məlumata görə, zəlzələnin gücü 7.2 bal olub. Son verilən məlumata görə, həlak olanların sayı 50-ə yüksəlib, yüzlərlə yaralı var. Azərbaycan, ABŞ, İngiltərə, Almaniya, Polşa, Macarıstan, İsveçrə, Yunanıstan artıq Türkiyəyə yardım təklifi edib. İsrail də zəlzələdən sonra köməyə hazır olduğunu bildirib. İsrail prezidenti Şimon Peres Abdulla Gülə zəng edib və hər cür köməyə hazır olduqlarını deyib.