"Foregin Policy" dərgisinin xəbərinə görə, Azərbaycan İsrailə İran sərhədi yaxınlığında baza verib
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, "Foreign Policy" jurnalının internet saytında "İranla müharibə Qafqazdanmı başlayacaq" başlıqlı məqalədə Azərbaycan prezidenti İlham Əliyevin İranın şimal sərhədi yaxınlığındakı bir bölgədə İsrailə hava bazası verdiyi bildirilib.
Dərginin əməkdaşı Mark Perriyə açıqlama verən yüksək vəzifəli amerikalı diplomat Bakının İsrailə veriyi bazaya "Azərbaycan" adının verildiyini deyib. Amerikalı diplomat İsrailin Azərbaycanda hava bazasının olduğunun ortaya çıxmasından sonra Tehranla Təl-Əviv arasındakı gərginliyin daha da artacağından narahat olduqlarını söyləyib.
Siyasi təhlilçilər isə İsrail İranın nüvə təsislərini vuracağı təqdirdə müharibənin yalnız İran körfəziylə məhdudlaşmayacağını, Qafqaza yayılması ehtimalının olduğunu bildiriblər.