İşsiz qalan Xalq artisti: “Evdə oturub ölümümü gözləyirəm”

MƏDƏNİYYƏT
12:22 10.01.2020
8221
Mənəvi cəhətdən boşluq yaşayıram. Çox darıxıram. Evdə oturub ölümün yaxınlaşmasını gözləyirəm.

AZXEBER.COM xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Azərbaycanın Xalq artisti Valeh Kərimov deyib. "Moşu" kimi tanıdığımız aktyor işsiz qalmasından gileylənib.

"Evdə oturub ölümümü gözləyirəm. Nə zaman əcəl gələcək, onda ölüb gedəcəyəm. İşim yox, gücüm yox. Mən nə plan qura bilərəm? Oynayacağım tamaşalar da yoxdur. Şəhər evində üçüncü mərtəbədə yaşayıram. Aşağı düşürəm, yuxarı qalxıram. Günümü belə yola verirəm".

V.Kərimovun sözlərinə görə, maddi vəziyyəti normal olsa da, teatrdan uzaq düşməsi ona pis təsir edir.

"Prezident təqaüdü alıram, normal dolanıram. Maddi baxımdan şikayətim yoxdur. Səhhətim də qaydasındadır. Şükür, sağlamam. Ancaq mənəvi cəhətdən boşluqdayam. Tamaşa olsa, oynayaram, iş olsa işləyərəm. Heç nə ilə başımı qata bilmirəm. Pirşağıda bir bağım var. Maşınım yoxdur deyə gedib əkin-biçinlə məşğul ola bilmirəm. Nəvələrlə başımı nə qədər qata bilərəm ki? Hərdən sənət dostlarımla görüşürəm. Tamaşalara xəbərim olanda gedirəm. Bəzən Afaq Bəşirqızı ilə telefonla danışırıq, onunla dərdləşirik. Bax, həyatım belə keçir", - deyə Xalq artisti vurğulayıb.

OXŞAR XƏBƏRLƏR