İşsizlərə şad xəbər

İşsizlərə şad xəbər
Bütün Xəbərlər
13:17 17.06.2014
953
Gələn il Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi yaradıla bilər.
ANS PRESS-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda keçirilən İƏT-in əmək, məşğulluq və sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitənin ilk iclasında deyib. Nazir İƏT-in əmək nazirlərinin 2015-ci ildə İndoneziyada keçiriləcək növbəti konfransında sözügedən Əmək Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul ediləcəyinə əminliyini bildirib.
Onun sözlərinə görə, İƏT-in əmək nazirlərinin ötən ilki konfransının Yekun Bəyannaməsində İƏT Katibliyinə Bakıda Əmək Mərkəzinin yaradılması ilə bağlı müvafiq araşdırmaların aparılması tapşırılıb.
OXŞAR XƏBƏRLƏR